Продаётся 4-комн. новостройка 135 м², м. Иншаатчылар
TECİLİ!!!
YENİ YASAMALDA, BRAVO-NUN YANINDA ŞƏXSİ MƏNZİLİMİ SATIRAM
Mənzil Yeni Yasamalın ən gözəl və keyfiyyətli binalarından biri olan "Arabaçı" MTK-da yerləşir (Bravo marketin və McDonald's-ın düz yanı). Genişlik və fərahlıq axtaranlar üçün çox ideal bir evdir.
Mənzil haqqında məlumat:
Sahəsi: 133 kv.m, skvaznoy (yelçəkən) proyekt. Otaqlar hər iki tərəfə baxır, günbaxandır və hər zaman təmiz hava çəkir.Mərtəbə: 17 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir (ən ideal orta mərtəbədir).
Otaqlar:
Sənədlə qanuni 4 otaqdır. Xüsusi dizaynla otağın biri zala qatılıb və nəticədə 50-55 kv.m-lik çox böyük bir zal əldə olunub. İstəyən adam çox asanlıqla yenidən 4 otağa çevirə bilər (kupçada 4 otaq qeyd olunub).
Sanuzellər:
Mənzildə 3 sanuzel mövcuddur və cakkuzi quraşdırılıb ki, bu da evdə əlavə komfort yaradır.
Təmir:
Keyfiyyətli materiallarla təmir olunub. Döşəmə təmiz parketdir (laminat deyil). Divar kağızları və daxili qapılar zövqlə seçilib.
Binanın yeri və üstünlükləri:
İnşaatçılar metrosuna piyada cəmi 5-7 dəqiqəlik yoldur.Nəqliyyat cəhətdən çox əlverişlidir:
Binanın yanındakı və yaxınlıqdakı dayanacaqlardan şəhərin müxtəlif istiqamətlərinə 77, 211, 10, 194, 165 və 205 nömrəli avtobuslar keçir.
Binanın altında aptek, fitnes salonu, market və digər lazım olan bütün iaşə obyektləri var.
Qiymət:
Mənzil şəxsi mülkümdür. Təcili satıldığı üçün qiymətini bazar dəyərindən aşağı – 288.000 AZN qoymuşam. Kupçası (Çıxarış) var, ipotekaya tam yararlıdır.
QEYD:
Qiymət sondur, xahiş edirəm qiymət öldürmək üçün zəng vurmayın. Yalnız real alıcılar əlaqə saxlaya bilər.





























































































































