Продаётся 10-комн. дом/дача 220 м², пос. Бузовна
Buzovnada Prestijli Ərazidə Həyət Evi Satılır
Buzovna qəsəbəsinin ən ideal və tələb olunan ərazilərindən birində, mərkəzə yaxın, ana yoldan cəmi 100–120 metr məsafədə yerləşən, 10 sot kupçalı torpaq və ev satışa çıxarılıb.
Həyətdə ümumi sahəsi 200 kv.m-dən artıq olan 2 mərtəbəli köhnə tikili ev və qaraj mövcuddur (kupçalı). Həyətin 2 böyük giriş hissəsi var ( İki böyük darvaza ). Evin köhnə olmasına baxmayaraq, torpaq sahəsi geniş, yaşıllıqla zəngin və bağ üçün olduqca əlverişlidir. Həyətində cürbəcür meyvə ağacları var.
Ərazi çox əlverişli yerləşməyə malikdir:
* Dənizə piyada cəmi 10–15 dəqiqəlik məsafə
* Yaxınlıqda Rahat və Araz marketlər
* Məktəb, poliklinika və digər vacib obyektlər mövcuddur
Qeyd edək ki, bu ərazi Buzovnanın ən dəyərli zonalarından hesab olunur. Bu ərazidə satışda belə əlverişli torpaq demək olar ki, yoxdur. (Hündürlük və böyüklük baxımından)
Həm yaşayış, həm də investisiya üçün ideal seçimdir.










































































































